“Xəyallarda İsti, Həyatda Soyuq”

Bəzən gözlərimi yumuram… və xəyallarım məni uzaqlara aparır. Səssiz bir gecə yağış yavaş-yavaş torpağa düşür, sanki səmanı ağladan nə isə var. Dağların ətəyində işığı yanan balaca bir ev canlanır xəyalımda isti, səfalı və dünya səsindən uzaq. Çöldə bir ocaq yanır, alov titrəyir böyük yağış damcıları sanki dünyanı deyil, içimdəki yükləri yuyur….
Bu mənzərə gözəldir amma xəyallardadır. Çünki gerçək həyat bəzən o ev qədər isti olsa da, çox vaxt yağış qədər soyuqdur. İnsanlar isə od kimidir kimisi ruhunu isidir, kimisi isə səni hissizliyə sürükləyir. Üzlər gülümsəyir, amma o gülüşlərin arxasında gizli niyyətlər, ikili simalar yatır… Vəfa bu dünyanın ən gözəl, amma ən nadir xəzinəsidir.
Mən isə, o xəyali evin pəncərəsindən baxaraq, sükut içində düşünürəm həyat çox səssiz görünür amma içində nə qədər söz gizlənib…
Sekine Bilalova…



Post Comment